“Diplomat krizi”ndən sonra rubl ucuzlaşdı

diplomat-krizinden-sonra-rubl-ucuzlasdi
Oxunma sayı: 2532

Rusiyada yaşanan “diplomat krizi”ndən sonra rubl və rus birjası dəyərdən düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu gün Rubl Dollar qarşısında 0.1%-ə yaxın dəyərdən düşüb. Dollar/Rubl məzənnəsi qarşısında 57,20 rubl,  Avro/Rubl məzənnəsi isə 71.1 olub.

Moskva Birjası İndeksi (MICEX) 0.8 faiz dəyər itirərək 2.266 bəndə, RTS indeksi  0.9%-luq azalma ilə 1.250 bəndə enib.

Qeyd edək ki, ABŞ da Sietl şəhərindəki rus konsulluğunu bağlamaq barədə qərar verərək 60 diplomatı ölkədən qovub.

“Skripal” hadisəsin görə 14 Avropa ölkəsi də eyni addımı atacağını bildirib.

Ülviyyə