“Diplomatlar” hamını qabaqladı

diplomatlar-hamini-qabaqladi
Oxunma sayı: 648

“Qafqazinfo”nun verdiyi məlumata görə, turnirdə 30-dan artıq komanda iştirak edib. Turnirin münsiflər heyətinə televiziya klubunun biliciləri – Fuad Yusifli, Rüstəm Fətəliyev və Ayan Bəşirzadə üzv seçilib. Turnirin açılışında «Nə? Harada? Nə zaman?» oyununun Baş prodüseri və aparıcısı Balaş Qasımov, «İqtisadçı» klubunun prezidenti Emil İsmayılov, eləcə də Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə həmkarlar ittifaqı komitəsinin sədr müavini Xəzər Qaraoğlu çıxış edib.

Birinci yerə 31 xalla «Diplomat» komandası layiq görülüb. İkinci yeri tutmuş «Breynstorm» komandası qaliblərdən cəmi 1 xal geri qalıb. Üçüncü yeri isə 29 xalla “Geyzenberqin cırcıraması” komandası tutub. Qaliblərə və mükafatçılara kubok, diplomlar və sponsorlardan hədiyyələr verilib.