Diplomatlar məhbus hüquq müdafiəçisi ilə görüşdü

diplomatlar-mehbus-huquq-mudafiecisi-ile-gorusdu
Oxunma sayı: 633

“Turan”ın məlumatına görə, görüşdə 2010-cu ilin parlament seçkisinə namizəd kimi qatılan Vidadi İsgəndərliyə təzyiqlər, ona qaldırılan cinayət işi, İctimai Palatanın 2 və 17 aprel aksiyalarında inzibati həbsləri müzakirə edilib. Diplomatlar məhbusun saxlanma şəraiti ilə maraqlanıb, belə görüşlərin tez-tez kecirlməsini nəzərdə tutduqlarını qeyd ediblər.

Avqustun 27-də Göyçay Rayon Məhkəməsi Vidadi İsgəndərlini üç ittiham üzrə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum edib. Həmin ittihamlar bunlardır: seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma; seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə; döymə. Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Vidadi İsgəndərli 2010-cu il noyabrın 7-də keçirilən parlament seçkisində 89 saylı Ağdaş-Göyçay seçki dairəsindən namizəd olub. O, İctimai Palatanın 2011-ci il aprelin 17-də Bakıda keçirdiyi mitinqə görə həbs olunaraq 15 sutka azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin maddələri üzrə ittihamlar ona inzibati həbs cəzası başa çatandan sonra irəli sürülüb.