Diplomu olmayan azərbaycanlı həkim saxlanılıb

Diplomu olmayan azərbaycanlı həkim saxlanılıb
Oxunma sayı: 2665

Türkiyədə azərbaycanlı saxtakar həkim saxlanılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Van vilayətində yaşayan Mehpurə A. özünü həkim kimi tanıdaraq xəstələri müayinə edib. Rayonun səhiyyə idarəsinin əməkdaşları Mehpurənin evində yoxlamalar apararkən onun diplom və lisenziya olmadan qeyri-sağlam mühitdə xəstələri müayinə etdiyini, resept yazdığını müəyyən ediblər. O, polis tərəfindən saxlanılıb.

Aysel Kərimova



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi