Diqeo Simeone sualdan yayındı - “Şərh etmək istəmirəm”

Diqeo Simeone sualdan yayındı
Oxunma sayı: 3157

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən “Qarabağ” – “Atletiko” matçından sonra keçirilən mətbuat konfransında Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone oyunla bağlı fikirlərini bildirib:

“Qafqazinfo” Simeone ilə müsahibəni təqdim edir:

- Gözlənilməz nəticə oldu. Nə baş verdi?

- Gözlənilməz nəticə oldu. İlk hissədə vacib şansları qaçırdıq. Bu da ikinci hissədə bizi təzyiqdə saxladı. Xal itirdik. Komandama inanıram. Sabahdan nəyin üzərində işləməli olduğumuz üzərində çalışacağıq. 3 ay əvvəl yeni müqavilə bağlayanda əlimin altında nə olduğunu bilirdim.

- “Qarabağ” haqqında nə düşünürsünüz?

- Oyuna hazır idik. Qapıçınızı xüsusi vurğulamaq istəyərdim. Boş zonadan yaxşı istifadə edirdilər. Müdafiədən hücuma yaxşı keçirlər.

- Sanki nəsə çatışmırdı. Fiziki çatışmazlıq var? Sanki çox hərəkətsiz görünürdünüz...

- Sualla razı deyiləm. Sadəcə, yaratdığımız imkanlardan istifadə edə bilmədik.

- Sizcə, “Qarabağ” 3 xal itirdi, ya “Atletiko” 1 xal qazandı?

- Bu cür suallara şərh etmək istəmirəm. Onu deyə bilərəm ki, 3 xala ehtiyacımız var idi və rəqib də bunu bilirdi. Buna görə də əks hücumlara çıxmaq istəyirdi. Amma bu da onlarda alınmadı.

- Son 4 oyunda “Atletiko” qələbə qazanmayıb. Bu vəziyyətdən narahatsınız?

-Xeyr, narahat deyiləm. Pis çıxış etmirik. Oyunçularım həvəslər vuruşdular.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi