“Diqlas”ın yaxınlığında baş verən yanğınla bağlı - Rəsmi açıqlama

diqlasin-yaxinliginda-bas-veren-yanginla-bagli
Oxunma sayı: 3821

Bir müddət əvvəl tamamilə yanan "Diqlas" ticarət mərkəzinin yaxınlığında bu gün güclü yanğın baş verməsi ilə bağlı xəbərlər yayılıb.

Nizami Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilib ki, yanğın keçmiş ticarət mərkəzinin yaxınlığındakı boş ərazidə qeydə alınıb:

““Diqlas”ın yaxınlığındakı mühafizə olunan boş ərazidə toplanmış söküntü inşaat materiallarının yanması faktı aşkarlanıb və qısa müddət ərzində yanğın yerindəcə söndürülüb.

Ərazi müvafiq xidmət sahələri tərəfindən nəzarətdə saxlanılır”.