“Diqqətli olmaq lazımdır”

diqqetli-olmaq-lazimdir
Oxunma sayı: 648

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. I qrup üzrə 33587 abituriyent ərizə verib. O, abituriyentlərin 19825 nəfərinin oğlan, 13762 nəfərinin isə qızlar təşkil etdiyini söyləyib: “Sənəd verənlərin 30965 nəfəri Azərbaycan, 2622 nəfəri isə rus bölməsinin məzunudur. Hələ də 2000 abituriyent öz buraxılış vəsiqəsini çap etdirməyiblər. Onlardan 200-nün attestat almadığını bilirik. Belə çıxır ki, hələ də 1800 nəfər harada imtahan verəcəyini bilmir. Abituriyentlər tələsməlidir”.

O, III ixtisas qrupu üzrə abituriyentlərin riyaziyyat və tarix fənlərindən çətinlik çəkdiklərini deyib. Abbaszadə bu ixtisas qrupunda 8981 nəfərin 250-dən çox bal topladıqlarını söyləyib. O bildirib ki, plan yerləri 8817 yer olduğundan müsabiqə vəziyyəti demək olar ki, yoxdur. Abbaszadə əsas müsabiqə vəziyyətinin dövlət sifarişli yerlərdə yaranacağını deyib. Abituriyentlər topladıqları ballara uyğun olaraq münasib yer seçməlidirlər: ”Çünki 4525 iddiaçıdan yalnız 2099 nəfəri dövlət sifarişli yerə qəbul olunacaq”.

Nərgiz Ehlamqızı