Direktor intihar etdi

direktor-intihar-etdi
Oxunma sayı: 651

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb. 1956-cı il təvəllüdlü Fətulla İsmayılov yaşadığı evin həyətində üzüm talvarından özünü asaraq intihar edib.

Qeyd edək ki, mərhum Qızılağac kənd Əlövsət Quliyev adına orta məktəbin direktoru olub. Faktla bağlı araşdırma aparılır.