Direktor şagirdləri niyə əlavə tətilə göndərdi?

direktor-sagirdleri-niye-elave-tetile-gonderdi
Oxunma sayı: 1279

Sabunçu rayonu, 22 saylı tam orta məktəbində təmirlə əlaqədar şagirdlərə qanunsuz 3 gün əlavə tətil verilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yazılıb. Bildirilib ki, payız tətili bazar ertəsi bitsə də, məktəbin direktoru şagirdlərə 5-ci gün dərsə gəlməyi tapşırıb.

Qeyd olunur ki, məsələylə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlanılıb. Məktəb direktoru nazirlik nümayəndələrinə cavabında məsələni təkzib edib və şagirdlərin bu gündən dərsə çağırıldığını deyib. 

 “Qafqazinfo” məsələylə bağlı Bakı Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədovla əlaqə saxlayıb. O bildirib ki, məsələdən xəbərdardırlar və qısa müddət ərzində  araşdırmaların nəticəsi mətbuata açıqlanacaq.

Günel Hacı