Direktorun evindən seyf oğurlandı

Direktorun evindən seyf oğurlandı
Oxunma sayı: 1023


“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, ƏƏləkbərov küçəsi 507/511-ci məhəllə, ev 14, mənzil 5 ünvanında yaşayan, 1929-cu il təvəllüdlü Qacar Çingiz Qveys oğlu 26-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək, avqustun 4-ü saat 13.30 radələrində ona məxsus mənzildən içərisində 60 min ABŞ dolları və gümüş bıçaq və çəngəl olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib. Müraciət əsasında əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Ç.Qacar Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan MEA Fizika İnstitutunun direktoru, elmi istiqamət rəhbəri və Molekulyar spektroskopiya laboratoriyasının müdiridir.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi