“Diva” ləqəbli türkiyəli məşhur müğənni Bülənt Ərsoy seriala çəkiləcək.
“Qafqazinfo” Türkiyə mətuatına istinadən xəbər verir ki, 65 yaşlı ifaçı “Show TV” yayımlanacaq “Çukur” serialında qonaq oyunçu olacaq.
Ərsoy serialda “İdris Koçovalı” obrazının dəvəti ilə səhnəyə çıxaraq onun üçün mahnılar ifa edəcək.
Qeyd edək ki, “Çukur”un ilk seriyası 23 avqustda efirə gedəcək.