“Divarlar da oğlanın maskası kimi düşür” - Dihajın xoroeqrafı danışdı

“Divarlar da oğlanın maskası kimi düşür”
Oxunma sayı: 639

“Səhnədəki dekorasiya Diananın qəliz daxili aləmi, emosiyaları və vurulduğu oğlana qarşı olan hissləridir. Bu, özünə məxsus qəfəsi Diananın özü yaradıb”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında əməkdar artisti Nailə Məmmədzadə deyib. 

O, Azərbaycan təmsilçisi Dihajın ( Diana Hacıyeva) “Eurovision”dakı şousunun detallarını açıqlayıb. 

Səhnəciyin xoroeqrafı söyləyib ki, mahnının sözlərinə uyğun olaraq obrazlar qurulub:

“Pilləkəndəki at başlı adam mahnıdakı pis oğlandır. Pilləkənlər və at maskası onlar arasındakı emosional məsafənin özüməxsus simvoludur. Oğlan qızdan ruhən uzaqdır. Baxmayaraq ki, qadın kişiyə bütün sirlərini göstərib. Lakin, daha sonra güclü qadın olan Diana öz dağıdıcı hisslərinə qalib gəlir.

Diana özü- özünü otağa kilidləyir və həmin otağın divarları da at başlı oğlanın maskası kimi düşür. Oğlan istəyir ki, qadınla birgə qəbul edilsin, amma çox gecdir. Diana isə ona qarşı hissləriylə savaşıb və oğlanı arxada qoyaraq irəli doğru gedir”. 

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi