“Dixlofos” əyləncəsi faciə ilə nəticələndi

dixlofos-eylencesi-facie-ile-neticelendi
Oxunma sayı: 3558

Rayonun Körpükənd kəndi ərazisində evdə iki bacı - 6 yaşlı Samirə İbrahimova və 4 yaşlı Xədicə oynayarkən həşəratları məhv edən “dixlofos” məhlulunu bir-birinin üstünə çiləyiblər. Kimyəvi məhlul hər iki bacını zəhərləyib. Övladlarını huşsuz vəziyyətdə aşkarlayan valideynlər onları təcili xəstəxanaya çatdırıblar. Həkimlərin səyinə baxmayaraq, Xədicənin həyatını xilas etmək mümkün olmayıb. Samirənin vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İbrahimovlar ailəsi Laçın rayonundan Zərdaba pənah gətirib.