Diyarbəkirdə terror - Ölənlər və yaralananlar var

Diyarbəkirdə terror
Oxunma sayı: 1028

Türkiyənin Diyarbəkir şəhərinin Kulp qəsəbəsi ilə Muş arasında yerləşən Dokuzviraj bölgədə terror hadisəsi törədilib.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, PKK terrorçuları yola döşədikləri partlayıcıları sivil vətəndaşların olduğu mikroavtobus keçərkən işə salıblar. Partlayışın zərbəsindən avtobus dərəyə yuvarlanıb. Nəticədə 4 nəfər ölüb, 13 nəfər yaralanıb. Avtobusdakılar meşədə işləyən fəhlələr olub. Hadisə yerinə xeyli sayda təcili yardım, polis göndərilib. Yaralılar Kulp Dövlət Xəstəxanasına aparılıb.

Terrorla bağlı artıq prezident Rəcəb Tayyib Ərdoğan da məlumatlandırılıb. Ərdoğan Diyarbəkir valisi Həsən Basri Güzeloğlu ilə telefonda danışaraq ətraflı məlumat öyrənib. Prezident ölənlərin yaxınlarına başsağlığı verərək, yaralılara şəfa diləyib. O, terroçuların tutulması üçün bütün imkanların səfərbər ediləcəyini vəd edib və məsələni nəzarətdə saxlayacağını bildirib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi