“Dj Çina musiqiləri ilə fərqlənə bilmir”

dj-cina-musiqileri-ile-ferqlene-bilmir-
Oxunma sayı: 817

“Qafqazinfo”nun məlumatına görə, Lider TV-nin “Tap, dostum” verilişinin Dj-i Dj Roshka çox əsəbi danışıb:
“Bu günə kimi şou-biznesə qoşulmaq və tanınmaq kimi istəyim olmayıb. Amma səhv etdiyimi anladım, çünki heç bir bacarığı olmayıb, özünü reklam edib, yaxşı pul qazanan “Dj-cik”ləri görəndə fikirləşdim ki, reklamdan nahaq qaçıram. Məsələn, Dj China sənətindən çox reklama üstünlük verir. Öz yaratdığı musiqiləri yoxdur, toylara daha çox yer ayırır. Ona görə də digər gənc Dj-lərdən musiqisi ilə fərqlənə bilmir. Onu sa
nballı, bahalı Dj kimi təsəvvür edə bilmirəm. Azərbaycanda çox az sayda yaxşı Dj-lər var”.

Dj Roshka özünü öyməyi də unutmayıb:

“Artıq 10 ildir ki, Dj-lik edirəm. Azərbaycanın, eləcə də Ukraynanın ən tanınmış klublarında çıxış eləmişəm. Hətta Ukraynada keçirilən Klub Musiqisi festivalında DJ-lər arasında 2-ci yeri tutmuşam”.

Dj-in əl işi ilə tanış olmaq üçün Dj.Roshanın hazırladığı remiksi sizə təqdim edirik:

Aynur B.