“Dodaqlarım brilliant qaşlarla bəzədilib”

dodaqlarim-brilliant-qaslarla-bezedilib
Oxunma sayı: 2465

Tanınmış aparıcı Mətanət Əliverdiyevanın imicinin dəyişməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib.  “Qafqazinfo” xəbər verir ki, stilist Pərviz Mirzəyev tərəfindən fərqli bir görünüşə sahib olan Mətanətin dodaqlarını instaqram istifadəçiləri bəyənməyib və aparıcı sərt bir şəkildə tənqid olunub. 

Bundan sonra, stilist səhifəsində Əliverdiyanın mövzu ilə bağlı açıqlamasını paylaşıb.  O, dodaqlarının brilliant qaşlarla bəzədildiyini bildirib:

“Biz bir obraz yaratmağa çalışdıq. Mətanət gündəlik həyatında onsuz da belə olmayacaq. Dodaqlarım brilliant qaşlarla bəzədilib. Bilmək olmaz, bəlkə bizi Hollivuda da dəvət etdilər. Dəyişmək nədir? Eyni saçda qalsaydım, üstündən adi bir makiyaj etdirsəydim heç bir fərqlilik olmayacaqdı. Amma biz bununla mətanətin başqa tərəfini gördük”.