“Dodaqlarını şişirdirlər, tanımaq olmur” - Rövşanə

“Dodaqlarını şişirdirlər, tanımaq olmur”
Oxunma sayı: 153

Rövşanə Ağasəfqızı “Gəlin danışaq” verilişinin qonağı olub. “Qafqazinfo” xəbər verir ki, teleaparıcı verilişdə maraqlı məqamlara toxunub. 

Ağasəfqızı deyib ki, efirə yeni çıxan aparıcılar yadda qalmır. O, bunun səbəblərini də açıqlayıb:

“Elə aparıcılar var ki, çıxır deyir 5 ildir işləyirəm. Həmin aparıcını küçədə görsəm, xatırlamaram. Aparıcılarımızın çox stil dəyişikliyinə gedirlər. Bəzi aparıcılarımız anlamır ki, biz müğənni, şou adamı deyilik. Hər kəsin bir yolu var. Mənə də çox deyiblər ki, stilini dəyiş. 

Bizim aparıcılar bir gün keçi çıxardırlar, bir gün dodaq şişirdirlər, bir gün saçlarını qırmızı, göy edirlər. Bu adamların obrazını tanımaq olmur. Bir-birini təqlid eləmək, oxşamaq məsələsi də var. 

Öz yollarını tapa bilmirlər. Mən də efirə gələndə kimlərəsə bənzəmişdim. Öz yolun olmayacaqsa, kiminsə yolunda gedəcəksənsə, öz yolun olmayacaq. Bir aparıcı var illərdir efirə çıxır, 50 veriliş aparır, amma tanınmır”.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi