“Doğma Diyar”ın yekun sərgisi olacaq

dogma-diyarin-yekun-sergisi-olacaq
Oxunma sayı: 1450

Mədəniyyət və Turizm Nazirliyi, Təhsil  Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai  Sənət  Mərkəzinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında  “Doğma Diyar” respublika uşaq rəsm müsabiqəsi elan olunub

“Qafqazinfo” xəbər verir ki, müsabiqənin yekun sərgisi 26 dekabr 2017-ci il saat 16:00-da  Xətai Sənət Mərkəzində keçiriləcəkdir.
Müsabiqənin  keçirilməsində  məqsəd - ətraf  mühitin  mühafizəsi, vətənə  məhəbbət  hissinin  aşılanması, milli  adət-ənənələrin  təbliği,  estetik və bədii zövqün formalaşdırılması, yaradıcı qabiliyyətin,  obrazlı  düşüncə  tərzinin  inkişaf etdirilməsi,  istedadlı  uşaq  və  gənclərin  üzə çıxarılmasından ibarətdir.

Müsabiqədə  15 yaşa  qədər uşaq və yeniyetmələr doğma diyarımızı tərənnüm edən mövzular üzrə  hərəyə 3  əsərilə  iştirak  etmişlər.  Müsabiqədə  800-ə yaxın uşaq,  1700-ə qədər əsəri iştirak edib. Münsiflər heyətinin seçimi ilə II tura keçmiş 150-yə uşağın 160 işinin sərgidə nümayişi nəzərdə tutulur. Sərgidə I, II, III yerlərin qaliblərinə və fərqlənən iştirakçılara həvəsləndirici mükafat və ilk dəfə olaraq müstəsna hal kimi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təsis etdiyi QRAN PRİ Mükafatının xüsusi Fərqlənmə diplomu və mükafatı təqdim olunacaqdır.