Doğum evinin qabağında qurban kəsən azərbaycanlı üzr istədi - Video

dogum-evinin-qabaginda-qurban-kesen-azerbaycanli-uzr-istedi
Oxunma sayı: 4568

Rusiyanın Surqut şəhərində doğum evinin qarşısında qoyun kəsərək heyvansevərləri qəzəbləndirən azərbaycanlı ata videomüraciət yayıb.

“Qafqazinfo”nun “URA.ru”ya istinadən verdiyi xəbərə görə, həmin şəxsin Belıy Yar qəsəbə sakini, 30 yaşlı azərbaycanlı olduğu müəyyənləşib. O da məlum olub ki, ailənin ümumilikdə 3 uşağı var, yeni doğulan körpə isə qız olub. 

Ata videomüraciətində qoyunun körpəyə görə kəsildiyini, heç kimi incitmək məqsədinin olmadığını bildirib: “Bütün surqutlulardan üzr istəyirəm”.

Qeyd edək ki, həmin şəxsi Rusiya qanunlarına görə 500-dən 1000 rubla qədər cərimə və ya 15 sutka həbs gözləyir.