Doğuş Bakıya niyə gəlmişdi?

dogus-bakiya-niye-gelmisdi
Oxunma sayı: 1967



“Qafqazinfo”nun məlumatına görə, proqramda həyat hekayəsindən və yaşadığı çətinliklərdən danışan ifaçı “Beynəlxalq Uşaqlar Günü” münasibəti ilə Azərbaycanda internat məktəblərini ziyarət etmək üçün ölkəmizə gəldiyini bildirib: “Anamın Almaniyada yaşadığını bilirdim. Uşaq vaxtı qaçaq yolla təyyarələrə, avtobuslara minib Almaniyaya getmək istədim, amma yaxaladılar məni. Dəfələrlə həbsxanaya düşdüm. Qışda isti yerim, pulsuz yeməyim olsun deyə oğurluq edib həbsxanaya düşürdüm. 18 yaşımda pis xüsusiyyətli dostlarımdan ayrılıb doğru yolu seçdim. Etdiyim səhvlərə görə heç kim məni qınamasın. Uşaq idim, doğru yolu göstərən atam, anam olmadı. Uşaq hər zaman uşaqdır. Burada “Uşaqlar günü” münasibəti ilə 160 uşaq yaşayan internat məktəbində xeyriyyə tədbiri olacaq. Mən də uşaqları sevindirmək üçün orada olacam. Həyat hekayəmi danışaraq insanlara ümid olmaq istədim. Belə bir proqram təqdim etdiyi üçün Xoşqədəm xanıma təşəkkür edirəm”.