Doğuş zamanı növbəti ölüm

dogus-zamani-novbeti-olum
Oxunma sayı: 2752


“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Gəncə Regional Perinatal Mərkəzində baş verib.

Kəlbəcər rayon sakini, 23 yaşlı Ləman İlham qızı Məmmədova doğuş üçün mərkəzə yerləşdirilib. Uşaq dünyaya gəldikdən sonra ölüb. Prokurorluqdan verilən məlumata görə, ölümün səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.