Dollar hərracda ucuzlaşdı

dollar-herracda-ucuzlasdi
Oxunma sayı: 640

Mayın 25-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7020 səviyyəsində formalaşıb.

Qeyd edək ki, 25.05.2017-ci il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7021 səviyyəsində müəyyən olunub.