Dollarla bağlı kritik açıqlamaya - Saatlar qaldı

dollarla-bagli-kritik-aciqlamaya
Oxunma sayı: 945

ABŞ prezidentinin oğlu, kiçik Donald Trampın yazışmalarını açıqlamasından sonra Asiya bazarlarında dollar avroya nisbətdə 14 ayın ən aşağı səviyyəsinə düşüb.

"Qafqazinfo" Oxu.az -a istinadən xəbər verir ki, hazırda investorlar FES rəhbəri Janet Yelleninin Konqresdəki çıxışını gözləyirlər. Bundan sonra dolların məzənnəsinin hansı şəkildə formalaşacağı bəlli olacaq.

Qeyd edək ki, Yellen bu gün Bakı vaxtı ilə saat 15:30-da Konqresə pul siyasəti haqqında məlumat verəcək. Eləcə də, bu yöndə sualları cavablandıracaq. FES rəhbərinin bugünkü açıqlamaları qurumun uçot dərəcəsini nə zaman artıracağı və monetar sərtləşdirməyə nə zaman başlayacağına dair də ipucları verəcək.