Dolu məhsuldarlığı 90 faiz aşağı salıb - Foto

dolu-mehsuldarligi-90-faiz-asagi-salib
Oxunma sayı: 1770

Ötən gün şimal bölgəsinə yağan dolu təsərrüfatlara ziyan vurub.

“Qafqazinfo” xəbər verir ki, dolunun Quba və Xaçmaz rayonlarının 10-dan çox kəndinə təsiri olsa da, əsas ziyan Qubanın Hacıhüseynli kəndi və Gənclər qəsəbəsinə dəyib. Həmin yaşayış məntəqələrində meyvə və əkin sahələri ziyan görüb.

Kənd sakinləri deyirlər ki, günün ikinci yarısından sonra hava dəyişərək dolu yağmağa başlayıb. Yağıntı gilas, alça, fındıq, ərik və alma bağlarına, həmçinin əkin sahələrinə ziyan vurub.

Yerli İcra Hakimiyyətlərindən verilən məlumata görə, sakinlərdən yağıntı ilə bağlı hansısa bir ziyanın dəydiyi haqqında müraciət daxil olmayıb. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi Mədət Qurbanov “Qafqazinfo”ya bildirib ki, dolunun yağdığı bəzi kəndlərdə məhsuldarlıq 30, bəzilərində isə 90 faiz aşağı düşüb.