“Dolu” tiflo tərcümə olunmuş formada göstəriləcək

dolu-tiflo-tercume-olunmus-formada-gosterilecek
Oxunma sayı: 1336

Mayın 7-də Nizami Kino Mərkəzi “Kino hər kəs üçün” layihəsi çərçivəsində görmə və eşitmə məhdudiyyətli olan insanlar üçün  tiflo tərcümə edilmiş  milli “Dolu” filmini təqdim edəcək.

"Qafqazinfo" xəbər verir ki, 2018-ci ildə qalib olduqları  “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində Azərbaycan Əlil Ziyalılar ictimai  Birliyi  tərəfindən “Dolu” bədii filminin tiflo və surdotərcüməsi  hazırlanıb.       

Nümayişdə  dövlət və qeyri-hökumət təşkilatları, eləcə də görmə və eşitmə imkanları məhdud şəxslər iştirak edəcək.

Azərbaycanda ilk dəfə Nizami Kino Mərkəzinidə “Kino hər kəs üçün” layihəsi çərçivəsində danişma və eşitmə qabiliyyəti məhdud  olan insanlar üçün xüsusi tiflo və  surdotərcümə olunmuş filmlərin  təşkili və nümayişi  təmənnasız keçirilir .