Dominikan gözəli Eminin klipində - Video

dominikan-gozeli-eminin-klipinde
Oxunma sayı: 4018

Azərbaycanın Xalq artisti, bəstəkar-müğənni Emin Ağalarov yeni klipini təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, o, söz və musiqisi Vladimir Çinyayevə məxsus olan “Nejnaya” (“Zərif”) mahnısını ekranlaşdırmaq üçün bu dəfə Dominikan Respublikasına üz tutub.

Ekran işində ifaçının tərəf-müqabili qismində “Miss Dominikan - 2017” gözəllik müsabiqəsinin qalibi, model Aleta Müzes çıxış edib.

Klipin rejissoru CeyLo, Enrike İqlesias, Maluma və s. dünya ulduzları ilə çalışan Cessi Terrerodur.