Donald Trampa məxsus qolf klubunda atışma olub

donald-trampa-mexsus-qolf-klubunda-atisma-olub
Oxunma sayı: 635

ABŞ prezidenti Donald Trampa məxsus qolf klubunda atışma olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Doral şəhərinin polisi tvitterdə məlumat yayıb. Bildirilir ki, silahlı hücum Florida ştatında qeydə alınıb. Məlumata görə, insidenti törədən şübhəli şəxs saxlanılıb və xəstəxanaya yerləşdirilib. Onun səhhəti barədə dəqiq məlumat yoxdur. 

Atışma zamanı heç kəs xəsarət almayıb. 

Aysel Kərimova