Dondurma aldılar, belə çıxdı...

dondurma-aldilar-bele-cixdi
Oxunma sayı: 3385

“Mağazadan dondurma almışam, evdə baxırıq ki, yarımçıqdı. Əvvəlcə elə düşündük ki, yarısı istifadə olunub. Sonra mağazada bir neçəsini açıb baxdıq, hamısı yarımçıq idi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri fotoqraf Orxan Əzim sosial şəbəkədə yazıb. Sözügedən  yarımçıq dondurmaların fotosu isə qısa zaman ərzində marağa səbəb olub. Fotoqraf şikayət etdiyi zaman mağaza əməkdaşlarının belə ona inanmadığını qeyd edib:

“Satıcıya deyirəm ki, bəs yarımçıqdır. “Açıb yemisiz” – deyir. Mübahisə etməmək üçün birini də alıb yanında açdım. O da eyni ilə belə oldu. Sonradan çəkisini ölçdük ki, qablaşdırılmada qeyd olunduğu kimi 450 qramdır. Çəkidə fərq olmasa da, qabın həcmi müştərini yanıldır. Əgər yarımçıq qablaşdırılırsa, qabın həcminə görə niyə müştərini aldadırlar? Dondurma Nizami rayonu,  Keşlə qəsəbəsində yerləşən  A-klass firmasına məxsusdur”.

Xatırladaq ki, bir müddət əvvəl baxış zamanı bir neçə şirkətə məxsus dondurmalardan götürülən nümunələrdə bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilmişdi. Həmin istehsalçılar arasında A-klass şirkətinin də adı qeyd olunmuşdu.

Günel Hacı