Dondurmalara qarşı müharibə elan olundu

dondurmalara-qarsi-muharibe-elan-olundu-
Oxunma sayı: 670

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, aparılmış laborator müayinələr nəticəsində plastik qablaşdırmada olan 500 qr-lıq şokoladlı plombir, "Eskimo" və "Plombir" adlı dondurmlarda turşuluğun normadan az, tərkibində S.aureus bakteriyalarının (stafilokok) olduğu, "Şərq nağılı" adlı dondurmada turşuluğun normadan az, tərkibində S.aures bakteriyalarının (stafilokok) və bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) olduğu, "Maqnat Almand" adlı dondurmanın tərkibində S.aureus bakteriyalarının (stafilokok) olduğu, "Mirvari" adlı dondurmada turşuluğun normadan az olduğu müəyyən edilib.
Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 1592 kq dondurmanın qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən "S.A.B.A. şirkəti" MMC-yə icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.

Nigar Məmmədli