Dondurmanı ürəklə yeyin

dondurmani-urekle-yeyin
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, bunu jurnalistlərə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. AİB sədrinin sözlərinə görə, onlar tərəfindən dondurma bazarında istehlakçı hüquqlarının pozulması müşahidə olunmayıb: “Azərbaycanda istehsal olunan dondurmanı ürəklə almaq olar. Üstündə istifadə müddəti daha az olan dondurmaları almaq məsləhətdir. Bu həmin məhsulun tərkibində kimyəvi elementlərin az olmasının göstəricisidir. Unutmayın ki, məhsulun ömrünü nə uzadırsa, o, bizim ömrümüzü qısaldır”.

Nigar Məmmədli