“Donmuş” münaqişə, qaynar müharibədən yaxşıdır” – rusiyalı deputat

donmus-munaqise-qaynar-muharibeden-yaxsidir-rusiyali-deputat
Oxunma sayı: 635

Qarabağ “dondurulmuş” konflikt olaraq qalacaq. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Aleksey Puşkov Rusiya KİV-dən birinə müsahibəsində deyib.

Jurnalist Maksim Şevçenko erməni parlamentində bir neçə ay əvvəl Dağlıq Qarabağın tanınması ilə bağlı qanun layihəsinin qəbul ediləcəyi halda, iki dövlət arasında müharibə başlasaydı, Rusiyanın hansı mövqe tutacağına dair sual ünvanlayıb. Rusiyalı deputat isə belə bir toqquşmanın olacağına inanmadığını bildirib: “Bu “donmuş münaqişə”dir və məndə belə bir təəssürat yaranır ki, hər iki münaqişə tərəfləri qarşıdurma həddinə kimi gələcəklər, lakin mənə elə gəlir ki, qarşıdurmanın özü olmayacaq.

Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar başlayacğı halda Rusiyanın tutacağı mövqeyə gəlincə, nə qədər ki baş verməyib, belə situasiyalara hələ baxmaq lazım deyil. Hesab edirəm ki, Ermənistan və Azərbaycan arasında müharibə situasiyasına baxmaq lazım da deyil, çünki Ermənistanla çox yaxşı əlaqələrimiz var, Azərbaycanla əməkdaşlıq və yaxın əlaqələrimiz mövcuddur. Əlbəttə bu, çox çətin situasiya olacaq. Biz bu münaqişənin qarşısını almaq üçün hər şey edəcəyik. “Donmuş” münaqişə, qaynar müharibədən yaxşıdır”.