“Donuz qripi”ndən 22 nəfər ölüb

donuz-qripinden-22-nefer-olub
Oxunma sayı: 910

Ekvadorda son iki ay ərzində H1N1 virusu (“donuz qripi”) 22 nəfərin ölümünə səbəb olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, son iki ayda 441 nəfər ölümcül xəstəliyə yoluxub və onlardan 22-si dünyasını dəyişib.

Qeyd edək ki, H1N1 virusu 2009-cu ildə Meksikada yaranıb. Daha sonra kütləvi epidemiyaya çevrilən xəstəlik bütün dünyaya yayılaraq minlərlə insanın həyatına son qoyub.