“Donuz yemiriksə, niyə qripinə yoluxuruq?”

donuz-yemirikse-niye-qripine-yoluxuruq
Oxunma sayı: 1452

Müğənni Yıldız Tilbe Türkiyə Səhiyyə Nazirliyinə müraciət edib. “Qafqazinfo” xəbər verir ki, sənətçi tvitterdə xalq arasında “donuz qripi” kimi tanınan H1N1 virusu barədə post paylaşıb. 

Yıldız nazirliyə sual ünvanlayaraq qriplə bağlı tədbir görmələrini xahiş edib: “Donuz yemiriksə, niyə qripinə yoluxuruq? Bu virusdan xilas olmaq, sağlam yaşamaq istəyirik. Millət olaraq xəstəyik. Bunun axırı necə olacaq? Biz yazıq deyilik? Xəstəlikdən yorğun düşmüşəm. Səhiyyə Nazirliyi bizə pulsuz dərmanlar paylasın”.