Doqquz mini keçdilər

doqquz-mini-kecdiler
Oxunma sayı: 643

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini icra edən Rauf Tağıyev bu rəqəmin bir sıra hallarda xeyli artıq göstərilməsi səbəbinin ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan bütün əcnəbilərin yanlış olaraq əməkçi miqrant kateqoriyasına aid edilməsi ilə bağlı olduğunu bildirib.

Sözügedən nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, R. Tağıyev bildirib ki, respublikamızda gəlir gətirən fəaliyyətlə məşğul olan əcnəbilərin heç də hamısının əməkçi miqrant statusuna malik olmadığını vurğulayan ölkəmizdə daimi yaşayan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, beynəlxalq təşkilatlarda işləyən və s. əcnəbilər hətta “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər olmalarına baxmayaraq, onlar qanunvericiliklə əməkçi miqrant hesab edilmirlər. Əməkçi miqrant statusu ilə respublikamızda işləyənlərin sayı isə 1 iyul 2011-ci il tarixə olan məlumata əsasən, 9 160 nəfər təşkil edir.

Nigar Məmmədli