Dörd ayaqlı xoruz

dord-ayaqli-xoruz
Oxunma sayı: 1935

Sabirabad rayonunun Məmişlər kəndində dördayaqlı xoruz görənləri heyrətə salır. Uzun müddətli təsərrüfat həyatında ilk dəfə belə bir halla rastlaşdığını söyləyən kənd sakini Gülnaz Cabbarova bunu Allahın bir möcüzəsi kimi qəbul edir və bu barədə özünü şanslı sayır.

Gülnaz Cabbarovanın bildirdiyinə görə, eyni vaxtda yumurtalardan çıxan 20 cücədən yalnız dördayaqlı xoruz sağ qalıb. Bu hamının marağına səbəb olub. Artıq 3 aylıq olan ev quşu iştahla yeyir, içir və gümrah şəkildə hərəkət edir.