Dörd azərbaycanlı Ukraynada hosteldə yanaraq öldü

dord-azerbaycanli-ukraynada-hostelde-yanaraq-oldu
Oxunma sayı: 2978

Bu gün gecə Ukraynanın Aleksandrovski rayonunda yerləşən hostellərindən birində güclü yanğın baş verib.

“Qafqazsinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, yanğında 4 nəfər ölüb, biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. İlkin məlumatlara görə, ölənlərdən dördü Azərbaycan vətəndaşlarıdır.

Dörd nəfərin isə həyatını xilas etmək mümkün olub. Yanğın binanın 200 kvadrat metr ərazisi olan ikinci mərtəbəsində baş verib. 

Qeyd edilir ki, hosteldə adətən pərakəndə tərəvəza bazarının alverçiləri gecələyirdilər.