Dörd gənci terrora cəlb edən Ramilin cəzası artırıldı

dord-genci-terrora-celb-eden-ramilin-cezasi-artirildi
Oxunma sayı: 639

Rusiya Ali Məhkəməsi dörd tələbəni İraq və Suriyada müxtəlif terror qruplaşmalarına cəlb edən Azərbaycan vətəndaşı Ramil Mirzamovun cəzasını artırıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, onun cəzası 8 ildən səkkiz il dörd aya kimi uzadılıb. 

Qeyd edilir ki, Azərbaycan vətəndaşının adı açıqlanmayan terror təşkilatına cəlb etməyə çalışdığı 4 gəncdən ikisi 2014-cü ilin mayında terrorçuların tərəfində döyüşmək üçün İraq və Suriyaya gediblər. Digər ikisi isə Mirzamovun əleyhinə ifadə veriblər.