“Dörd gündə iki oyun oynamaq çətindir” – Foqts

dord-gunde-iki-oyun-oynamaq-cetindir-foqts-
Oxunma sayı: 648

“Rəqib güclü oynadı. Biz istəmədən onlara qol vurmaları üçün şərait yaratdıq. Dörd gündə iki oyun oynamaq çətindir".

Almaniyalı mütəxəssisin sözlərinə görə, rəqib ikinci hissədə təzyiqi artırıb: "Biz çoxlu səhvlərə yol verdik. 70-75-ci dəqiqədən sonra komanda fiziki olaraq çatdıra bilmədi. Mənim komandam üçün asan deyildi. Ümid edirəm ki, bizim futbolçular öz səhvlərindən nəticə çıxaracaq”. Portuqaliya yığmasının məşqçisi Paulo Bentu isə oyunun ilk hissəsindəki bəabərliyi ədalətsiz nəticə adlandırıb. O, komandasının oyunundan razı qaldığını da bildirib: "İkinci hissədə komandam təzyiqi artırdı və təşəbbüsü tamamilə ələ aldı. Daha sonra mən oyunu "oxudum" və Migel Velosonu Silvestr Varela ilə əvəzlədim ki, bu da öz bəhrəsini verdi. Matçın sonlarına doğru rəqib artıq yorulmuşdu. Komandamın oyunundan razı qaldım və futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm”.