Dörd günə 86 təyyarə alan Qətər döyüşə hazırlaşır

dord-gune-86-teyyare-alan-qeter-doyuse-hazirlasir
Oxunma sayı: 2294

Ötən həftə Fransa ilə 62 döyüş təyyarəsi almaq üçün saziş imzalayan Qətər bu gün isə İngiltərə ilə yeni sazişə imza atıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qətər Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, İngiltərə ilə 24 ədəd “Eurofighter Typhoon” model döyüş təyyarəsi üçün razılaşma əldə olunub. İngiltərə mətbuatı bu saziş üçün Qətərin 8 milyard dollar ödəyəcəyini yazıb. 

Bundan başqa, İngiltərə ilə Qətərin müdafiə nazirlikləri ortaq hərbi əməliyyat keçirilməsi üçün də razılığa gəliblər. Ortaq təlimlər bölgədə ilk olmaqla yanaşı, iki ölkənin silahlı qüvvələri arasında gələcəkdə baş tuta biləcək ortaq işbirliyinin bünövrəsi olduğu qeyd edilir. Belə ki, təlimlər iki ölkənin hər an döyüşə hazır olmalarını təmin edəcək.