Dörd il sonra baş tutan Gürcüstan-Rusiya görüşü

dord-il-sonra-bas-tutan-gurcustan-rusiya-gorusu
Oxunma sayı: 651

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Dmitri Medvedev və Bidzina İvanişvili Davosda Ümumdünya İqtisadi Forumunda birgə söhbət ediblər. Bu barədə tədbirdə iştirak edən biznesmenlərdən biri məlumat verib. Mənbə bildirib ki, gürcü lideri özü Medvedevə yaxınlaşıb və onlar bir neçə dəqiqə söhbət ediblər.

Qeyd edək ki, iki ölkə arasındakı diplomatik əlaqələr Cənubi Osetiyada 2008-ci ildə baş verən müharibədən sonra pozulmuşdu. Həmin dövrdə Rusiyanın baş nazir postunda Vladimir Putin, Gürcüstanda isə Lado Qurqenizde olub.