Dörd illiyin yekunu

dord-illiyin-yekunu
Oxunma sayı: 636

“Qafqazinfo”ya verdiyi məlumata görə, tədbirlərdə çıxış edən Şura əməkdaşı Tofiq Həsənov son illər ölkə QHT-lərinə verilən dövlət dəstəyi nəticəsində üçüncü sektorun sürətlə inkişaf etdiyini bildirib. Şura ötən 4 il ərzində 1125 QHT layihəsinə 7,4 milyon manatdan artıq vəsait ayrıldığını qeyd edib.

Yerli icra strukturları, bələdiyyələr, QHT və media təmsilçilərinin iştirakı ilə keçən sessiyalarda Şuranın 2012-ci il üçün elan etdiyi maliyyə yardımı müsabiqəsinin mövzuları və müddətləri ilə bağlı suallar cavablandırılıb. QHT rəhbərləri layihələrin reallaşdırılmasına aid təkliflərlə çıxış edib.

Noyabrın 29-dan başlamış məlumatlandırma sessiyaları öncə Gəncə, Bərdə, Qazax, Şəmkir, Mingəçevir, Lənkəran, Qəbələ, Şirvan, İmişli, Xaçmaz şəhərlərində keçirilib.