Dörd otaqlı ev yandı

dord-otaqli-ev-yandi
Oxunma sayı: 635

Goranboy rayonu, Tatarlı kəndində yanğın qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, FHN-in yaydığı məlumata görə, kənddə (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 195 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin tavanının yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.