Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Qulu Ağsəs “Xəzər TV”də yayımlanan “Müəllif sözü, müəllif özü” rubrikasının qonağı olub.
“Qafqazinfo” xəbər verir ki, “Ulduz” jurnalının baş redaktoru qonaq olduğu telekanalın efirində müəllifi olduğu “Görsən üşüyürsən” və “Çox da salıb dünyanı eynəyim gözdən nolar” şeirlərini səsləndirib.
Qeyd edək ki, hər iki şeir həyat, ölüm, sevgi mövzularını özündə birləşdirib. Adıçəkilən şeirlər üçüncü variant kimi qələmə alınıb.