Dörd uşağı var, dördüncü dəfə gizlincə ərə getdi

dord-usagi-var-dorduncu-defe-gizlince-ere-getdi
Oxunma sayı: 3315

Məşhur top model, 46 yaşlı Haydi Klum  29 yaşlı nişanlısı Tom Kaulitzlə evlənib.

“Qafqazinfo”nun “tmz.com”a istinadən verdiyi xəbərə görə, 4 uşaq anası olan alman modelin bu ilin fevralında səssiz-sədasız ailə qurduğu məlum olub. Bununla bağlı sayt sənədləri də əldə edib.

Qeyd edək ki, Tom Kaulitz “Hotel” qrupunun gitaraçısı, solist və bəstəkardır.

Bu məqamda bildirək ki, Klum ilk dəfə 1997-ci ildə saç ustası Rik Pipino ilə ailə qurub, 5 il sonra boşanıb. 2005-2014-cü illərdə məşhur müğənni Seal ilə evli olub. Bu evlilikdən cütlüyün 3 uşağı dünyaya gəlib. O, üçüncü dəfə Flavio Briatore ilə ailə qurub. Bu evlilikdən isə qız övladı dünyaya gəlib.