Dörddə bir final bizlik deyil...

dordde-bir-final-bizlik-deyil
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu mərhələyə vəsiqə qazanmış 4 Azərbaycan təmsilçisindən heç biri azarkeşlərini sevindirə bilməyib. Çempionlar Liqasında iştirak edən “Rabitə” evdə “Fənərbaxça” qarşısında aciz qalıb – 0:3. Kazanda Rusiyanın “Dinamo” klubunun qonağı olan “Azərreyl” isə Rusiya superliqasının hazırkı liderindən yalnız 1 set “qopara bilib”.

“Çelenc Kap” turnirində çıxış edən “Lokomotiv” və “Bakı” tay-brekdə uduzub. Paytaxtın eyniadlı təmsilçisi hesabda irəli keçdiyi oyunda “Omiçka”ya “boyun əyib”. “Lokomotiv” isə Çexiyanın “Brno” klubuna uduzub.
Cavab görüşləri 1 həftə sonra keçiriləcək.

Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar

“Rabitə” (Azərbaycan) – “Fənərbaxça” (Türkiyə) - 0:3 (13:25, 24:26, 19:25)
Hakimlər: Ritvars Alksnis (Latviya), Euqen Kulhanek (Avstriya)
“Sərhədçi” Olimpiya Mərkəzi

“Dinamo” (Rusiya) – “Azərreyl” (Azərbaycan) - 3:1 (22:25, 25:23, 25:22, 25:21)
Hakimlər: Yuraj Mokri (Slovakiya), Nikola Miçevski (Makedoniya)
Kazan, Sankt-Peterburq İdman Salonu

“Çelenc Cup”
1/4 final mərhələsi, ilk oyunlar
22 fevral

“Omiçka” (Rusiya) – “Bakı” (Azərbaycan) - 3:2 (25:20, 25:27, 27:29, 25:22, 15:11)
Hakimlər: Aleksandr Piasetski (Belarus), Kaspars Timermanis (Latviya)
Omsk, Viktor Blinov adına İdman-Konsert Kompleksi.

“Brno” (Çexiya) – “Lokomotiv” (Azərbaycan) - 3:2 (30:28, 16:25, 25:20, 20:25, 15:12)
Hakimlər: Cihat Firincioğlu (Türkiyə), Emmanouil Geoegiadis (Yunanıstan)
Brno, “Mestska” Voleybol Sarayı.

Ceyhun Əhmədov