Dördüncü medal boksdan gəldi

dorduncu-medal-boksdan-geldi
Oxunma sayı: 650

İlk raundda rəqibindən daha üstün təsir bağışlayan həmyerlimiz 5 xallıq üstünlük əldə edib - 9:4. Məmmədov 2-ci və 3-cü hissələrdə hakimin xəbərdarlıqları ilə təşəbbüsü əldən versə də (6:9, 4:6), yekunda qələbə qazanıb.

Məmmədovun yarımfinala vəsiqə qazanması artıq onun ən azı bürünc medal alması deməkdir. Olimpiya qaydalarına görə, boks yarışlarında 1/4 finalı adlayan idmançılar özlərinə üçüncü yeri təmin etmiş olurlar./trend.az/