“Dorian” qasırğasından sonra 2500 nəfər itkin düşüb

“Dorian” qasırğasından sonra 2500 nəfər itkin düşüb
Oxunma sayı: 525

Baham adalarında “Dorian” qasırğasından sonra itkin düşənlərin sayı açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, Baham adalarının fövqəladə hallar üzrə Milli Agentliyinin nümayəndəsi Karl Smit bu sayın təxminən 2500 nəfərə çatdığını bildirib.

Ölənlərin sayı 50-yə çatsa da, rəqəmin artacağı istisna deyil.

Qeyd edək ki, qasırğanın ən təsirli olduğu iki adadan bu günə qədər 5 min adam təxliyə edilib, təxminən 7 min adam isə təxliyə ediləcəyini gözləyir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi