Almaniya Bundesliqasının 12-ci turuna start verilib.
“Qafqazinfo” xəbər verir ki, “Ştuttqart” öz meydanında “Dortmunt”u qəbul edib. Qarşılaşma ev sahiblərinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Dortmunt” klubu bununla liqada ardıcıl 3-cü oyundur məğlub olur.
“Ştuttqart” 2-1 “Dortmunt”
Qollar: Akolo 6 (1-0); Fillip 45+3 (1-1); Brekalo 51 (2-1)