Dostluq qarşılaşması döyüş meydanına çevrildi - Video

dostluq-qarsilasmasi-doyus-meydanina-cevrildi
Oxunma sayı: 2628

Türkiyənin Aydın şəhərinin Köşk qəsəbəsində ənənəvi öküz güləşi festivalı keçirilib.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, iki qrup arasında “Dostluq qarşılaşması” adı verilən öküz güləşi zamanı iki qrup arasında dava düşüb.

Dəyənəklərlə bir-birinə hücum edən insanları ətrafdakılar ayırmağa çalışıblar.

Dava zamanı bir neçə nəfər yaralanıb.

Davanın öküz sahiblərinin öküzlərə taktika verməsi səbəbindən baş verdiyi bildirilir. Qarşı tərəfin güləşə müdaxilə etməsini həzm edə bilməyən digər tərəf hücum edib.