Dostunu bıçaqladı, 13 il cəza aldı

dostunu-bicaqladi-13-il-ceza-aldi
Oxunma sayı: 1271

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bıçaqlamaqda təqsirləndirilən Samir Hacıyevə cəza istənilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək S. Hacıyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

S. Hacıyev isə dostu N.Əhmədovu bıçaqlasa da, onun pulunu götürmədiyini deyib. 

Zərərçəkmiş N.Əhmədov isə S.Hacıyevlə uzun müddətdir dostluq etdiyini, birlikdə mebel mağazasında işlədiklərini, ona qarşı şikayətinin olmadığını deyib. 

Məhkəmə kollegiyasının hökmü ilə S.Hacıyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2017-ci ildə Abşeron rayonu Hökməli qəsəbəsində baş verib. 

Belə ki, S.Hacıyev pul borclu olduğu dostu N.Əhmədovla mübahisə edib. Həmin zaman hər iki şəxs içkili olub. S.Hacıyev dostu N.Əhmədova bıçaqla iki zərbə endirib və onun cibindəki pulu da götürüb.

Murad Əhməd